<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>405</hymn_number>
<lyrics>[V1]
 Darıxıram Səninlə, nəhayət, qovuşmaq üçün,
 Darıxıram sinənə sığınıb ovunmaq üçün.
 Darıxıram sevgidən uzaq düşmüş bir körpə kimi,
 Darıxıram mən Səninçün, əziz Atam.

[V2]
 Darıxıram qərib ölkədə niskil çəkən kimi,
 Darıxıram uzun illər yol gözləyən kimi.
 Darıxıram məhbəsdən azad olmaq istəyən kimi,
 Darıxıram mən Səninçün, əziz Atam.

[V3]
 İnanıram, bir gün ruhum Sənə qovuşacaq,
 İnanıram, ağrılar, acılar unudulacaq.
 İnanıram, o Məkanda ruhum rahat olacaq,
 Darıxıram mən Səninçün, əziz Atam.</lyrics>
<title>Darıxıram Səninlə, nəhayət, qovuşmaq üçün İL405</title>
</song>